...

Gənclər Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçiriblər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 30 Aprel 2015 17:05 (UTC +04:00)
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən I Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində möhtəşəm festival keçirib.
Gənclər Avropa Oyunlarına yaradıcı dəstək festivalı keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi "Region gənclərindən I Avropa Oyunlarına yaradıcı dəstək" layihəsi çərçivəsində Mingəçevir şəhərində möhtəşəm festival keçirib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, açıq havada təşkil olunan festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək veriblər.

Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda, gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib, gənclər arasında viktorinalar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti