Azərbaycan, Bakı, 12 iyun /Trend/
"Bakı-2015" ilk Avropa Oyunlarının açılış mərasimi Fransa ərazisində "Lequipe21" kanalı vasitəsilə canlı yayımlanacaq. Trend-in məlumatına görə, bu barədə televiziya orqanının rəsmi portalında məlumat yerləşdirilib.
Fransa ərazisində rəsmi yayımçı olan kanal həmçinin, müxtəlif idman növləri üzrə yarışları və gündəlik icmalları da təqdim edəcək.