...

Rusiyalı azarkeş: "Bakıda Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur" (FOTO)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 11:22 (UTC +04:00)
“Bakıda I Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur”.
Rusiyalı azarkeş: "Bakıda Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur" (FOTO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Bakıda I Avropa Oyunları münasibətilə hər yerdə bayram əhvali-ruhiyyəsi hiss olunur".

Bu barədə Trend-ə gimnastika yarışlarını izləyən rusiyalı azarkeş Svetlana Kazak deyib.

S.Kazak Bakıda ilk dəfə olduğunu bildirib: "Bakı tarixi, memarlıq nümunələri ilə çox gözəl şəhərdir. Çox dadlı milli mətbəxiniz var".

Azarkeş qeyd edib ki, bayram əhvali-ruhiyyəsi hər yerdə hiss olunur: "Şəhərin ab-havası ilə qaynayıb-qarışdığımı hiss edirəm. Bu gün gimnastika yarışlarını izləməyə gəlmişəm. Gözəl idman növüdür, mənim çox xoşuma gəlir. Arena da gözəl və yenidir. Hər şey lazımi qaydadadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti