...

Batut gimnastikası yarışlarının qalibləri mükafatlandırılıb (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 12:29 (UTC +04:00)
Bu gün birinci Avropa Oyunları çərçivəsində kişilər arasında batut gimnastikası yarışlarının qalibləri mükafatlandırılıb.
Batut gimnastikası yarışlarının qalibləri mükafatlandırılıb (VİDEO)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün birinci Avropa Oyunları çərçivəsində kişilər arasında batut gimnastikası yarışlarının qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, mükafatlandırılma mərasimində Avropa Gimnastika İttifaqının vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak edib.

Xatırladaq ki, Azərbaycan gimnastı İlya Qrişunin bu yarışlarda bürünc medal qazanıb.

Oyunların qızıl mükafatçısı rusiyalı idmançı Dmitri Uşakov, gümüş mükafatçısı isə Belarus təmsilçisi Vladislav Qonçarovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti