...

Azərbaycan idmançısı: “I Avropa Oyunları çərçivəsində suya tullanma yarışlarında güclü atletlər iştirak edir”

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 09:38 (UTC +04:00)
I Avropa Oyunları çərçivəsində platformadan suya tullanma yarışlarının final mərhələsində güclü atletlər qarşılaşacaq
Azərbaycan idmançısı: “I Avropa Oyunları çərçivəsində suya tullanma yarışlarında güclü atletlər iştirak edir”

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunları çərçivəsində platformadan suya tullanma yarışlarının final mərhələsində güclü atletlər qarşılaşacaq. Bu barədə Trend-ə platformadan suya tullanma yarışlarında 407,45 keçid xalı toplayaraq adını final mərhələsinə yazdıran Azərbaycan idmançısı Artyom Danilov deyib.

O bildirib ki, bu idman növündə ən güclü rəqiblər Rusiya və Böyük Britaniya atletləridir: "Finala ciddi hazırlaşmışam və yaxşı nəticələr göstərməyə çalışacağam. Əsas məsələ tullanma zamanı həyəcanına qalib gəlməkdir. Düşünürəm ki, yaxşı nəticəyə köklənsəm, bunun öhdəsindən gələcəyəm. Atleti medaldan ayıran məsuliyyətli məqam, sözsüz, tullanışdır. Bu, heç nə ilə müqayisə olunmayan hissdir. Ancaq tullanış kifayət qədər yaxşı məşq edilibsə, onda hər şey asan alınacaq".

A.Danilov qeyd edib ki, uğurun əsas meyarı daimi məşqlərdir: "Bir məşqin davametmə müddəti üç saatdan az olmamalıdır. Məşq zamanı hər tullanışı ən az beş dəfə işləmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti