Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İlkin İzzət/
Qadın boksçumuz Anna Əlimərdanova ilk Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanıb.
Trend xəbər verir ki, bu gün təmsilçilərimizdən rinqə ilk olaraq qadın boksçuların yarımyüngül (51-54 kq) çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova çıxıb. O, 1/4 finalda Bolqarıstan idmançısı Stanimira Petrova ilə qarşılaşıb.
Birinci raundda rəqibindən nisbətən fəal olan boksçumuz raundu cüzi üstünlüklə öz xeyrinə başa vura bilib. İkinci raundda da senari dəyişməyib və yenə də təmsilçimiz rəqibini az fərqlə üztələyib. Üçüncü raundda isə senari dəyişib və bu dəfə bolqar boksçu cüzi üstünlüklə raundu öz xeyrinə başa başa vurub. Döyüşün taleyi sonuncu, 4-cü raundda həll olunub. Hakimlərin rəyinə görə, sonda daha üstün olan Anna Əlimərdanova qələbə qazanaraq yarışların yarımfinalına vəsiqə əldə edib.
Qeyd edək ki, bu gün daha 5 boksçumuz da rinqə çıxacaq. Yyüngül (60 kq) çəkidə çıxış edən kişi boksçumuz Albert Səlimov yarımfinala çıxış yolunda Bolqarıstan idmançısı Elian Dimitrov ilə üz-üzə gələcək. Döyüş saat 14:00-da başlayacaq.
Qadın boksçumuz yarımfinala vəsiqə qazanıb
Qadın boksçumuz Anna Əlimərdanova ilk Avropa Oyunlarında yarışların yarımfinalına vəsiqə qazanıb.
