...

Üzgüçülük yarışlarında Rusiya idmançılarının hegemonluğu davam edir (ƏLAVƏ OLUNUB-4)

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 20:08 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
Üzgüçülük yarışlarında Rusiya idmançılarının hegemonluğu davam edir (ƏLAVƏ OLUNUB-4)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 17:43-də yayılıb)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Bakı-2015 Avropa Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Trend-in məlumatına görə, yarışların ikinci günü kişilər arasında 100 metr məsafəyə arxasıüstə üzmədə qaliblər müəyyənləşib.

Britaniyalı Lyuk Qrinbenk 1-ci, rusiyalı Filip Şopin 2-ci, almaniyalı Marek Ulrix isə 3-cü olub.

X X X

Qadınlar arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında rusiyalı idmançı Arina Openişeva ən sürətli üzgüçü olub.

Gümüş medala Almaniya təmsilçisi Leoni Kulman, bürünc medala isə digər rusiyalı üzgüçü Anastasiya Kirpiçnikova yiyələnib.

X X X

Qadınlar arasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının qalibləri də məlumdur.

Almaniyalı Yulia Mrozinski 1-ci, italiyalı Elisa Skarpa Vidal 2-ci, macar Boqlarka Bonej isə 3-cü yeri tutub.

X X X

Bu gün, həmçinin qadınlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında güclülər məlum olub.

Niderland təmsilçisi Marrit Stenbergen qızıl, Rusiya üzgüçüsü Arina Openişeva gümüş, digər rusiyalı Marina Kameneva isə bürünc medal qazanıb.

X X X

Kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında da rusiyalı idmançılar fərqləniblər.

Belə ki, Rusiya idmançıları Anton Çupkov və Kiril Mordaşev müvafiq olaraq, 1 və 2-ci yerləri tutublar. Britaniyalı Lyuk Deyvis isə 3-cü yerlə kifayətlənib.

X X X

Qadınlar arasında 200 metr məsafəyə arxasıüstə üzmədə də rusiyalı idmançı ən sürətli olub. Belə ki, Polina Yeqorova bütün rəqiblərini arxada qoymağı bacarıb.

Almaniyalı Maksine Volters 2-ci, ukraynalı Marina Kolensikova isə 3-cü olub.

X X X

Kişilər arasında 1500 metr məsafəyə sərbəst üzmə yarışının qalibləri məlum olub.

Fransalı Nikolya D'Oriano qızıl, rusiyalı Ernest Maksumov gümüş, israilli Mark Hinavi isə bürünc medal qazanıb.

X X X

Bu gün son medal dəsti 4x100 metr məsafəyə qarışıq sərbəst ötürmə üsulu ilə üzmə üzrə komanda yarışında oynanılıb. Rusiya yığması 1-ci, Böyük Britaniya 2-ci, Almaniya isə 3-cü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti