...

Sabah 4 boksçumuz qızıl medal qazana bilər (ƏLAVƏ OLUNUB-3)

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 14:41 (UTC +04:00)
Avropa Oyunları çərçivəsində qadınların boks yarışlarında yüngül çəkidə (57-60 kq) Azərbaycanı təmsil edən Yana Alekseyevna yarımfinal görüşünə çıxıb.
Sabah 4 boksçumuz qızıl medal qazana bilər (ƏLAVƏ OLUNUB-3)

Yeni nəticələr əlavə olunub (ilk xəbər saat 13:21-də yayılıb)

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Avropa Oyunları çərçivəsində qadınların boks yarışlarında yüngül çəkidə (57-60 kq) Azərbaycanı təmsil edən Yana Alekseyevna yarımfinal görüşünə çıxıb.

Trend-in məlumatına görə, finala gedən yolda dünyanın ən güclü qadın boksçusu irlandiyalı Keti Teylorla qarşılaşan təmsilçimiz çətin döyüş keçirib.

Başabaş keçən görüşdə hakimlər qələbəni Ketiyə veriblər - 1:2.

Beləliklə, boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.

X X X

Kişilər arasında yüngül çəki (60 kq) dərəcəsində mübarizə aparan Albert Səlimov isə finala yüksəlməyi bacarıb.

Yarımfinalda irlandiyalı boksçu Sin Makkombla qarşılaşan idmançımız rəqibinə heç bir şans verməyib - 3:0.

Albert finalda fransız Sofian Omi ilə qarşılaşacaq. Görüş sabah saat 18:15-də keçiriləcək.

X X X

Kişilər arasında yarım-orta çəki (69 kq) dərəcəsində Azərbaycanı təmsil edən Pərviz Bağırov yarımfinalda ingiltərəli Coş Kelli ilə qarşılaşıb.

Boksçumuz bütün raundlarda rəqibindən üstün olub - 3:0.

Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq. Döyüş sabah saat 18:45-də baş tutacaq.

X X X

Kişilər arasında orta çəkidə (75 kq) mübarizə aparan Xaybula Musalov da büdrəməyib.

O, finala gedən yolda macarıstanlı boksçu Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib.

Gərgin keçən döyüşdə idmançımız qalib olub - 2:1.

X.Musalov qızıl medal uğrunda irlandiyalı Maykl O'Reilli ilə qarşılaşacaq. Görüş sabah saat 19:15-ə planlaşdırılır.

X X X

Azərbaycanı kişilər arasında ağır çəki (91 kq) dərəcəsində təmsil edən Abdulkadir Abdullayev isə yarımfinalda rusiyalı Sadam Maqomedovla üz-üzə gəlib.

İlk iki raundda daha baxımlı döyüşən boksçumuz sonda finala adlamağı bacara bilib - 3:0.

Beləliklə, sabah Azərbaycanın 4 boksçusu qızıl medal uğrunda sonuncu görüşünə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti