Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
"Bakıda I Avropa Oyunları çox yaxşı təşkil edilib". Bu barədə Trend-ə I Avropa Oyunlarında Polşanı üzgüçülük yarışında təmsil edən Kerol Zbutoviç bildirib.
O, təşkilati işlərinin yüksək səviyyədə olduğunu qeyd edib: "Atletlər kəndində idmançılar üçün gözəl şərait yaradılıb. Hovuzun Atletlər kəndinə yaxın yerləşməsini istərdim. Belə ki, indi hovuza 15 dəqiqəyə çatırıq".
İdmançı Bakıda başqa idman yarışlarında da iştirak etmək istədiyini bildirib.