...

RF Olimpiya Komitəsi gələcəkdə Avropa Oyunları ilə Avropa çempionatını birləşdirməyi təklif etdi

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 18:09 (UTC +04:00)
“Avropa Oyunları perspektivli yarışdır”. Trend-in məlumatına əsasən, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında deyib.
RF Olimpiya Komitəsi gələcəkdə Avropa Oyunları ilə Avropa çempionatını birləşdirməyi təklif etdi

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Azad Həsənli/

"Avropa Oyunları perspektivli yarışdır". Trend-in məlumatına əsasən, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında deyib.

O, Bakıda I Avropa Oyunlarının uğurla keçdiyini bildirib: "Bu yarışların sonrakı taleyi ilk Oyunların uğurla keçməsindən asılıdır. Avropa Oyunları azarkeş və mətbuatın diqqətini cəlb etdi, yüksək səviyyədə keçdi. Fikrimcə, bu Oyunların gələcək perspektivi var. Çünki perspektiv yarışların nə qədər yüksək səviyyədə təşkil olunmasından asılıdır".

A.Jukovun sözlərinə görə, əgər 4 il ərzində Avropa Olimpiya Komitəsi Avropa Oyunları ilə Avropa çempionatını birləşdirməklə bağlı idman federasiyaları ilə razılığa gələ bilsə, onda Oyunlar daha əhəmiyyətli, mürəkkəb yarış ola bilər: "Düşünürəm ki, bu həll oluna bilən problemdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti