Azərbaycan, Bakı, 27 iyun /Trend/
"Bakı 2015 mənim karyeramda ilk ən böyük miqyaslı baçlanğıc oldu. İlk Avropa Oyunları hərtərəfli mənim xoşuma gəldi". Trend-in məlumatına görə, bunu ukraynalı boksçu Yaroslav Samofalov deyib.
O bildirib ki, təşkilatçılıq çox yaxşıdır, yarışlar isə yüksək səviyyədə keçirilib: "Belə bir yarışda medal qazanmaq həqiqətən şərəflidir. İdman obyektləri müasir standartlar səviyyəsindədir. Sözün düzü, mən bu cür arenada ilk dəfədir çıxış edirəm. Ümid edirəm ki, bundan sonra Olimpiada da iştirak edəcəyəm. İlk Avropa Oyunları Olimpiya öncəsi mənim üçün çox önəmli sınaq oldu", - deyə ukraynalı atlet bildirib.