Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Azad Həsənli/
"I Avropa Oyunları Avropa və xüsusilə Azərbaycan üçün mühüm və əhəmiyyətli hadisə oldu".
Trend-in məlumatına əsasən, bu barədə ölkənin maliyyə naziri Samir Şərifov Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumu zamanı deyib.
Nazir bildirib ki, forum çox əhəmiyyətli bir vaxtda keçirilir: "İlk Avropa Oyunları bu günlərdə başa çatdı. 17 gün ərzində Azərbaycan 50 ölkədən 6 min idmançını qürurla qəbul etdi".
S.Şərifov həmçinin Azərbaycanın belə böyük tədbiri çox az müddətə təşkil etdiyini qeyd edib.
Bununla yanaşı, nazir I Avropa Oyunlarını həm yerli, həm beynəlxalq sığorta şirkətlərinin dəstəklədiyini xüsusi vurğulayıb.