...

Azərbaycan filmi Paris festivalını yekunlaşdırıb

Mədəniyyət Materials 15 Dekabr 2010 14:22 (UTC +04:00)
Dekabrın 8-dən 14-dək Parisdə Qafqaz kinosu festivalı keçirilib. Dünən Azərbaycanın "Qala" filmi festivala yekun vurub. Bu barədə Trend Life-a ssenarist, rəssam, rejissor Jorj Branev məlumat verib.
Azərbaycan filmi Paris festivalını yekunlaşdırıb

Azərbaycan, Bakı, 15 dekabr /Trend Life, müxbir Eldar Hüseynzadə /

Dekabrın 8-dən 14-dək Parisdə Qafqaz kinosu festivalı keçirilib. Dünən Azərbaycanın "Qala" filmi festivala yekun vurub. Bu barədə Trend Life-a ssenarist, rəssam, rejissor Jorj Branev məlumat verib.

Film Rarisdəki latın rayonunda yerləşən kinoteatrda nümayiş etdirilib. Festivalda müxtəlif tarixi, sənədli filmlərin proqramı təqdim olunub ki, orada həm Qafqaz regionu ölkələrinin, həm də avropalıların Qafqaz haqqında filmləri nümayiş olunub. Festivalda yeganə Azərbaycan filmi "Qala" olub.

"Qala" "Azərbaycanfilm"də çəkilib və 83 dəqiqə davam edir. Quruluşçu-rejissor və ssenari müəllifi Şamil Nəcəfzadə, baş prodüser Xamis Muradov, prodüserlər Rauf Atamalıbəyov, Timur Vaynşteyn, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarovdur. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, Yhuliya Perefild, Məmməd Ağa ifa edirlər.

Xəbər lenti

Xəbər lenti