...

İnsanın "dördayaqlı dostları" Bakı bulvarında qaydaları pozmağı davam etdirir

Mədəniyyət Materials 15 Yanvar 2011 16:32 (UTC +04:00)
Bakı bulvarının ərazisində itlərin buruntaqla gəzdirilməsi qaydalarının pozulması davam edir. Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
İnsanın "dördayaqlı dostları" Bakı bulvarında qaydaları pozmağı davam etdirir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakı bulvarının ərazisində itlərin buruntaqla gəzdirilməsi qaydalarının pozulması davam edir. Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, Bakı bulvarına gələn sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə itləri buruntaq və xaltasız gəzdirmək qadağandır. Öz heyvanlarını gəzdirənlər bəzən onların boynundan xaltanı çıxarırlar, bu isə yolverilməzdi. Lakin bu halda it sahiblərinə qarşı qanunla cərimə sanksiyasının olmaması bulvar administrasiyası əməkdaşlarının xəbərdarlığına etinasızlıq və mənfi reaksiyaya gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti