...

Tənqid hədəfində olan "Next" qrupunun üzvləri aparıcılığa başladı (FOTO)

Mədəniyyət Materials 4 Fevral 2011 14:59 (UTC +04:00)
"Next" qrupu bu həftədən etibarən tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Son günlər ANS TV-də "NEXTalji" adlı anonslar gedir. Next-in mətbuat katibi Aysər Həsənlinin Trend-ə verdiyi məlumata görə, bu, sözügedən qrupun yeni layihəsinin adıdır.
Tənqid hədəfində olan "Next" qrupunun üzvləri aparıcılığa başladı (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Ş.Cavadsoy/

"Next" qrupu bu həftədən etibarən tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Son günlər ANS TV-də "NEXTalji" adlı anonslar gedir. Next-in mətbuat katibi Aysər Həsənlinin Trend-ə verdiyi məlumata görə, bu, sözügedən qrupun yeni layihəsinin adıdır.

"4 yaraşıqlı oğlan aparıcılığa başlayıb. Belə ki, fevralın 5-dən ANS TV-nin efirində hər həftənin şənbə günü saat 23:00-da NEXT-in təqdimatında "NEXTalji" verilişi yayımlanacaq. Verilişin ilk buraxılışı Gənclər Günü ərəfəsinə təsadüf etdiyi üçün "NEXTalji"nin ilk qonaqları da son zamanlar gənclərin nəbzini tuta bilən müğənnilər - Safura Əlizadə, Rəhim Rəhimli, Zamiq və Arzum olub", - Aysər Həsənli dedi.  

Trend-ə açıqlamasında gördükləri işin məsuliyyətindən bəhs edən "Next" üzvləri digərlərindən fərqli olaraq, efirə ciddi yanaşdıqlarını bildirdilər.

"Demək olar ki, bu günə kimi hər zaman dəvət olunduğumuz proqramlar arasında seçim etmişik. Bu layihənin ideyası meydana çıxanda da həmişəki kimi məsuliyyətlə yanaşdıq. Çünki, biz insanlara qalmaqaldan, söz-söhbətdən uzaq həftəsonu istirahəti bəxş etmək istəyirik", - qrup üzvlərinin ortaq fikirləri belə oldu.

Maraqlıdır, görəsən, yerli jurnalların birinə çəkdirdikləri çılpaq fotolara görə ictimaiyyətin tənqid hədəfinə çevrilən qrup üzvləri tamaşaçıların bəraətini qazana biləcəklərmi?

Xəbər lenti

Xəbər lenti