...

Adı türk futbolçu ilə eşq macərasında hallanan azərbaycanlı model hücuma keçdi (FOTO)

Mədəniyyət Materials 7 Fevral 2011 18:04 (UTC +04:00)
2007-ci ildə "Best Model of Turkey" müsabiqəsinin qalibi olmuş Neslihan Önderin azərbaycanlı model, "Best Model of Azerbaijan-2010" müsabiqəsinin birincisi Günay Musayevanın onun həyat yoldaşı, "Adanaspor" futbol klubunun keçmiş oyunçusu Erkan Ergünlə sevgili olması və bu səbəbdən Erkanın dəfələrlə Neslihanı döyməsi barədə verdiyi açıqlama Günayı hərəkətə gətirib. Ötən həftə Azərbaycan KİV-nə haqsız yerə suçlandığından deyən Günay Moskvadan telefonla Trend-ə bildirib ki, məsələ hüquq müstəvisində həll olunacaq.
Adı türk futbolçu ilə eşq macərasında hallanan azərbaycanlı model hücuma keçdi (FOTO)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir Ş.Cavadsoy/

2007-ci ildə "Best Model of Turkey" müsabiqəsinin qalibi olmuş Neslihan Önderin azərbaycanlı model, "Best Model of Azerbaijan-2010" müsabiqəsinin birincisi Günay Musayevanın onun həyat yoldaşı, "Adanaspor" futbol klubunun keçmiş oyunçusu Erkan Ergünlə sevgili olması və bu səbəbdən Erkanın dəfələrlə Neslihanı döyməsi barədə verdiyi açıqlama Günayı hərəkətə gətirib. Ötən həftə Azərbaycan KİV-nə haqsız yerə suçlandığından deyən Günay Moskvadan telefonla Trend-ə bildirib ki, məsələ hüquq müstəvisində həll olunacaq.

"Son günlər yayılan xəbərlər mənə olduqca pis təsir edib. İanın, Google-da adımı yazıb axtarışa verəndə, yalanla dolu o qədər dəhşətli informasiyalara rast gəlirəm ki, bilməyim nə edim. Neslihan idda edir ki, guya mən onun əri ilə eşq münasibəti yaşayıram. Bu başdan-ayağa iftiradır. Necə ola bilər ki, həyatda heç bir dəfə də üzünü görmədiyim biriylə eşq macərası yaşayım? Tanışlığımız belə, yoxdur. Vallah, bu söhbət ortaya çıxandan sonra İnternetdə axtarış verdim ki, görüm bu Erkan kimdir ki, adımı onunla hallandırırlar? Fotosunu yeni görmüşəm. Mən heç vaxt gizləmirəm ki, sevdiyim insan var. O, əsl Azərbaycan kişisidir. Nəyə görə kimlərsə xoşbəxtliyimə qara yaxmaq istəyirlər? İllərdir Türkiyədə çalışıram, heç vaxt adım hansısa qalmaqallarda hallanmırdı. İndi kimlərsə məqsədli şəkildə mənə qarşı "qara piar"a başlayıb. Neçə vaxtdı Moskvadayam. Amma bu axşam İstanbula qayıdıram. Vəkilim məlumatı yazan qəzetlərə təkzib dərc etmək üçün xüsusi məktub hazırlayıb. Ona bəzi qeydlər edib, yalan məlumatı yayan mətbuat orqanlarına göndərəcəyik. Məhkəməyə də şikayət ərizəmi təqdim edəcəyəm. Bu arada deyim ki, Erkan Ergün hardansa mənim nömrəmi tapıb zəng etmişdi. Üzürxahlq elədi. Və bildirdi ki, həqiqətən məni tanımır. Məsələnin hüquq müstəvisində həll olunacağından hamı əmin ola bilər. Qoymaram ki, şərəf və ləyaqətimə kimsə zərər gətirsin", - Günay Musayeva dedi.

"Hesab etmirsən ki, bu söz-söhbətlərin arxasında səni model kimi gözdən salmaq niyyəti dayana bilər?" sualımız elə bil Günayın ürəyindən tikan çıxardı.

"Mən də bu variantın üzərində dayanmaq istəyirəm. Bəli, kimlərsə məni gözdən salmaq istəyirlər. Yəqin çox adama məlum deyil ki, ötən il dekabrın 11-də keçirilməsi nəzərdə tutulan "Best Model of the World-2010" yarışması mart ayında keçiriləcək. Və görünür "Best Model of Azerbaijan-2010" olmuş Günay Muayeva müsabiqənin əsas final mərhələsində səhnəyə çıxıb "Best Model of the World-2010" adı uğrunda mübarizə aparması bəzi bədxahlarıma xoş deyil. Amma üzümü həmin insanlara tutub deyirəm ki, qara yaxmağı dayandırsınlar. Onsuz da şər-böhtanlarına görə Allah qarşısında cavab verəcəklər. Mən- sevənləri narahat olmamağa çağırıram. Axı güclü qız olduğum onlara yaxşı bəllidir. Sonda deyim ki, ürəyim ancaq sevgi ilə döyünür və mən pozitivliyimi bundan sonra da saxlayacağam", - Musayeva əlavə etdi. 

Xəbər lenti

Xəbər lenti