...

Azərbaycan rejissorunun filmi beynəlxalq kino festivalına vəsiqə qazanıb

Mədəniyyət Materials 4 Mart 2011 17:10 (UTC +04:00)
Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi mart ayının 12-dən 19-dək Rusiyanın Moskva şəhərində keçiriləcək XVIII Beynəlxalq "Svitoy Anna" kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək.
Azərbaycan rejissorunun filmi beynəlxalq kino festivalına vəsiqə qazanıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Rejissor Fariz Əhmədovun "Miras" sənədli filmi mart ayının 12-dən 19-dək Rusiyanın Moskva şəhərində keçiriləcək XVIII Beynəlxalq "Svitoy Anna" kinofestivalının əsas müsabiqə bölməsində iştirak edəcək.

Trend-in məlumatına görə, Rusiya Kinematoqrafçılar İttifaqında start götürəcək kinofestivalda 15 nominasiya üzrə 300-dən artıq bədii, sənədli və animasiya filmləri əsas mükafatlar uğrunda mübarizə aparacaq. Festivalda filmləri 10 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

"Miras" sənədli filmi 2010-cu ilin oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna, o cümlədən növbəti filmə görə qrant - pul mükafatına, həmin ilin dekabr ayında isə Polşada keçirilən Beynəlxalq ZubrOFFka kinofestivalında festivalın 2-ci mükafatına və pul mükafatına layiq görülüb.

Fariz Əhmədov Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rusiya Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq ixtisası üzrə SSSR dövlət mükafatı laureatı A.A.Proşkinin emalatxanasında təhsil alır.

Filmin ssenari müəllifi - Esmira Eyyub, Quruluşçu operatoru - Fərid Bağırov, montajçı - Firudin İsmayılov, səs rejissoru - Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.

Film 2010-cu ildə "Bir addım" kinostudiyasında istehsal olunub və artıq bu ilin sonunadək bir neçə nufuzlu kinofestivala dəvət alıb.

Xəbər lenti

Xəbər lenti