...

İbrahim Tatlısəs müalicəsini Almaniyada davam etdirəcək

Mədəniyyət Materials 2 Aprel 2011 14:05 (UTC +04:00)
Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumat görə, müğənninin oğlu Ahmet Tatlı atasını Almaniyaya aparacağını deyib.
İbrahim Tatlısəs müalicəsini Almaniyada davam etdirəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs müalicəsini Almaniyada davam etdirəcək.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumat görə, müğənninin oğlu Ahmet Tatlı atasını Almaniyaya aparacağını deyib.

O bildirib ki, Tatlısəsin Almaniyadakı müalicəsi dörd həftə davam edə bilər.

Tatlı yaxın 7-10 gün ərzində Almaniyaya yola düşəcəklərini deyib.

Sağlıq durumu günbəgün yaxşılaşan Tatlısəs hazırda bədəninin sol tərəfinin iflicindən müalicə olunur.

Tatlısəs martın 14-də silahlı basqına məruz qalıb. Müğənninin həyatına sui-qəsd zamanı o, başından ağır güllə yarası alıb, assistenti isə çiynindən vurulub.

Tatlısəsə sui-qəsddə şübhəli bilinən 20 nəfər İstanbul polisi tərəfindən saxlanılıb.

Sui-qəsdin Abdullah Uçmaqın rəhbərliyi ilə törədildiyi müəyyən edilib.

Abdullah Uçmaq və onun 4 adamı daha əvvəl də İbrahim Tatlısəsə sui-qəsd hazırladıqları üçün mühakimə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti