...

Göyərti yeyib formada qalmaq, sağlam yaşamaq istəyən ulduzları tanıyın (FOTO)

Mədəniyyət Materials 8 Aprel 2011 18:22 (UTC +04:00)
Göyərti yeyib formada qalmaq, sağlam yaşamaq istəyən ulduzları tanıyın
Göyərti yeyib formada qalmaq, sağlam yaşamaq istəyən ulduzları tanıyın (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Qadın və ya kişi olmasından asılı olmayaraq, formada olmaq, daim yaraşıqlı görünmək bütün səhnə insanlarının ən yaralı yerləridir. Dəfələrlə təşkil olunan məclislərdə rast gəlirik ki, populyar simalar süfrəyə qoyulmuş cürbəcür təamlardan dadmaq əvəzinə, daha çox qara çörəyə, yavan yeməyə və ya bolluca su içməyə üstünlük verirlər. Bir də pomidor və xiyar tərəvəzləridir ki, ondan dadmaqdan imtina edən çox az müğənni tapılar.

Ad günlərinin birinə qatıldıqları zaman tam başqa bir mənzərə gördük. Başda populyar Azərbaycan estrada müğənniləri - Xatirə İslam, Emil Bədəlov olmaqla, bəstəkar Vüsalə İlyasova. "Lider TV"də yayımlanan "Ay ev yiyəsi" verilişinin aparıcısı Lalə Əlimuxtarova ilə birgə stolda qoyulmuş göy-göyərtini hədsiz dərəcədə iştahla yeyirdilər. Həm yeyib, həm də söhbətləşən dostlar nə səbəbdən süfrəyə qoyulan yeməklərdən imtina etmələrini açıqlamaqdan da çəkinmədilər. Dostları adından Trend oxucularını Xatirə İslam məlumlandırdı ki, onlar nə üçün damaq dadlarını şüyüd və cəfəridən qidalanmaqla yeniləyirlər.

"Dədə-babalardan eşitmişik ki, göyərti çox faydalıdır. İstər xörəklərimizdə, istərsə də salatlarımızda göyərti qatqısı olmasa, bişirilmiş təamın normal dadı avtomatik olaraq şübhə altına düşür. Amma ləzzəti ondadır ki, göyərtini ayrıca yeyəsən. Bu, həm insanın çox maye qəbul etməsinin qarşını alır, həm də ürək-damar sisteminin daha yaxşı fəaliyyət göstərməsinə təkan verir. Bütün oxucularınızı bu zəruri məsləhətimdən yararlanmağa çağırıram", - Xatirə İslam dedi.

Müğənninin həm də tibbi savadının olduğunu bildiyimiz üçün onun sözlərinə əlavə şərh vermək istəyindən uzağıq. Bircə onu vurğulamaq yerinə düşər ki, həqiqətən qida rasionuna göyərtini də bolluca daxil edən insanlar çox nadir hallarda artıq çəkidən əziyyət çəkirlər. Həmişə canımızın sağlam olması diləyi ilə...

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti