...

Tanınmış prodüser mərhum pop kralı Maykl Ceksonu çantasında gəzdirir (FOTO)

Mədəniyyət Materials 27 İyul 2011 16:56 (UTC +04:00)
Hamı Mədinə Məliki rəhbəri olduğu "Kristal" qızlar qrupunun, eləcə də üçlükdən ayrılıb solo-karyeraya başlayan müğənni Lalə Qafarovanın prodüseri kimi tanıyır. Amma Trend oxucularına bu xanım həm də cazibədar qadın kimi yaxşı tanışdır.
Tanınmış prodüser mərhum pop kralı Maykl Ceksonu çantasında gəzdirir (FOTO)

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Ş.Cavadsoy/

Hamı Mədinə Məliki rəhbəri olduğu "Kristal" qızlar qrupunun, eləcə də üçlükdən ayrılıb solo-karyeraya başlayan müğənni Lalə Qafarovanın prodüseri kimi tanıyır. Amma Trend oxucularına bu xanım həm də cazibədar qadın kimi yaxşı tanışdır. İstər zövqlü geyimi, istərsə də uzun dırnaqları barədə Sizə bir neçə dəfə qeyri-adi məlumat təqdim etmişik. Şou-biznesin sevimli prodüseri bu dəfə çantası ilə diqqətimizdən yayınmadı. Xanımların ayrılmaz aksesuarına çevrilən çantanın özəlliyi üzərində mərhum pop kralı Maykl Ceksonun adının və fotolarının həkk olunmasından ibarətdir. Hər zaman danışmaqdan çəkinməyən xanım prodüser yenə də söz üçün aciz qalmadı.

"Bilənlər bilir, bilməyənlər də sizin vasitənizlə öyrənəcəklər ki, mən dünyasını faciəli şəkildə dəyişmiş Maykl Ceksonun pərəstişkarıyam. Evimdə onun onlarla musiqi albomu var. Fotoları həkk olunan suvenirlər, köynəkləri demirəm hələ. Əlimdəki çantama gəldikdə, bunu sifarişlə ABŞ-dan gətizdirmişəm. Və nəinki siz, kim görürsə təəccübünü gizlətmir. Ağ-qara paltarımda pop kralının adı yazılmasa da, rəng çalarlarına görə geyimimlə də uygunluq təşkil edir. Hər dəfə çantamdan nəyisə götürəndə Mayklı xatırlayır və ona rəhmət oxuyuram", - Mədinə Məlik belə dedi.

Çantanın qiymətinə gəldikdə isə prodüser məbləğ açıqlamaqdan da çəkinmədi. "Çanta və üzərində iki bəzək əşyasına ümumilikdə 500 manat ödəmişdim. Ayrılıqda deyə bilmərəm konkret neçəyədir. Məncə bahalı və ya ucuz olması önəmli deyil. Əsas odur ki, eksklüziv olaraq Bakıda yalnız mən bu çantanı əlimdə daşıyıram", - prodüser əlavə etdi.

Xəbər lenti

Xəbər lenti