...

İradə İbrahimova ikinci körpəsini dünyaya gətirməyə hazırlaşır

Mədəniyyət Materials 17 Avqust 2011 14:03 (UTC +04:00)
Müğənni İradə İbrahimova hələ qızının bir yaşı tamam olmasa da, artıq ikinci körpəni arzulayır.
İradə İbrahimova ikinci körpəsini dünyaya gətirməyə hazırlaşır

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Müğənni İradə İbrahimova hələ qızının bir yaşı tamam olmasa da, artıq ikinci körpəni arzulayır.

"Noyabrın 11-də qızım İpəyin bir yaşı tamam olur. Hamı bilir ki, körpənin dünyaya gəlişindən sonra həyatım necə dəyişdi, mən xoşbəxt ana oldum və yenidən bu hissi yaşamaq istəyirəm. Həm də İpəyi tək qoymaq istəmirəm (gülür). Ona qardaş lazımdır. Mənim həyatda qardaşım olmayıb, yalnız iki bacım Nigar və Sona - varolub. Əlbəttə, biz həmişə bir-birimizi sevmişik və dəstəkləmişik, lakin ürəyimdə qardaşımın olmasını istəmişəm. Ona görə də uca Tanrıdan gələcəkdə qızımın qardaşı olmasını diləyirəm", - İbrahimova Trend-ə bildirib.

İradə İbrahimova 2009-cu il aprelin 5-də Türkiyə vətəndaşı, əslən azərbaycanlı olan Ceyhun İzerlə ailə qurub. 2009-cu il aprelin 19-da İradə Ceyhunun vətəni İstanbulda rəsmi nikaha girib və orada onun ikinci toyu olub. 2010-cu il noyabrın 11-də İstanbuldakı klinikalardan birində müğənni qızı İpəyi dünyaya gətirib. Hazırda ailə İstanbulda yaşayır. İradə vaxtaşırı Vətənə gəlir.

Xəbər lenti

Xəbər lenti