...

"Kristal"ın Mədinəsi ilk dəfə olaraq seçdiyi şəxs haqqında danışdı: "Onun yanında mən özümü balaca qız hiss edirəm"

Mədəniyyət Materials 19 Avqust 2011 17:30 (UTC +04:00)
"Kristal" qrupunun rəhbəri Mədinə Mələk xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edir və hesab edir ki, nəhayət, öz yarını tapıb. Toy 2012-ci ilin əvvəlinə planlaşdırılıb. Mədinə ilk dəfə olaraq Trend-ə seçdiyi şəxs və onun qadın ürəyini dolduran qeyri-adi hisslər barədə danışdı.
"Kristal"ın Mədinəsi ilk dəfə olaraq seçdiyi şəxs haqqında danışdı: "Onun yanında mən özümü balaca qız hiss edirəm"

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir V.İmanov/

"Kristal" qrupunun rəhbəri Mədinə Mələk xoşbəxtlikdən özünü göyün yeddinci qatında hiss edir və hesab edir ki, nəhayət, öz yarını tapıb. Toy 2012-ci ilin əvvəlinə planlaşdırılıb. Mədinə ilk dəfə olaraq Trend-ə seçdiyi şəxs və onun qadın ürəyini dolduran qeyri-adi hisslər barədə danışdı.

"Məlumdur ki, mənim birinci nikahım uğursuz olub və mən sevgiyə inamımı tam itirmişəm. Lakin həqiqi möcüzə baş verdi! İndiyədək öz xoşbəxtliyimə inana bilmirəm və gözə gəlməkdən çox qorxuram... Biz onunla işgüzar əsasda tanış olmuşuq. Daha doğrusu, o işgüzar münasibətlərdə olduğumuz şəxsin dostudur. Bir neçə il əvvəl o, Moskvadan Bakıya köçüb. Bizim dərhal baxışlarımızın və xarakterlərimizin ümumiliyi aşkara çıxdı", - Mədinə söhbətə başladı.

Onun sözlərinə görə, bu insan Mədinəni həyata sevgisi və mərdliyi ilə heyran edib.

"Onun çox qeyri-adi xarakteri var. Onun xarakterində mərdlik və optimizim vəhdət təşkil edir. Elə bil yerə kosmosdan gəlib! Hamı bilir ki, mən çox həyat sevən insanam və şikayət etməyi sevmirəm, onlardan qaçmağa çalışıram. Buna görə həyat sevgisi, davranış, ünsiyyət və mənə qarşı münasibət elə bil məni tilsimə salıb, çoxdan sönən hisslər oyandı. O, göstərdi ki, əsl kişi necə olmalıdır. Bilirsiniz ki, mən qrup rəhbəriyəm və rəhbərlik etməyi xoşlayıram. Demək olar ki, mən kişi xarakterliyəm. Lakin məhz o, mənim üzərimdə rəhbərlik etməyə başladı, bu isə mənə çox xoş idi, mən susaraq tabe olmağa başladım. Siz məni "dişi aslan" adlandırırsınız, lakin mən qadınam. Bizim hər birimiz qayğımıza qalınmasını, sevilməyi və əzizlənməyi xoşlayırıq.

Mən hiss etdim ki, nəhayət öz yarımı tapdım və qadın xoşbəxtliyini əldə etdim. Onunla özümü əsl qadın kimi, hətta kiçik qız kimi hiss etdim. Düzünü desəm, həyatımda belə dönüşün baş verəcəyini gözləmirdim", - Mədinə söhbəti bitirdi.

Onun sözlərinə görə, toy 2012-ci ilin əvvəlində olacaq. Biz də Mədinənin həyatının gözlənilməz dönüşünə sevinək. Nəhayət ki, o qadın xoşbəxtliyini tapıb.

Xəbər lenti

Xəbər lenti