...

Azərbaycansayağı Uitni Hyuston (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2011 19:28 (UTC +04:00)
Məşhur amerikalı müğənni Uitni Hyustonun Azərbaycan şou-biznesində oxşarı olması yeni xəbər deyil. Bu xanım, sevilən estrada müğənnisi Samira Allahverdidir.
Azərbaycansayağı Uitni Hyuston (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Məşhur amerikalı müğənni Uitni Hyustonun Azərbaycan şou-biznesində oxşarı olması yeni xəbər deyil. Bu xanım, sevilən estrada müğənnisi Samira Allahverdidir.

Sahib olduğu səs diapozunu ilə pop-kraliçasının yolunu getməyi özünə şərəf bilən Samira, Uitninin illər öncə baş rolda oynadığı "Cangüdən" filmininin sauntreki - "I will always love you" (Mən həmişə səni sevəcəyəm) mahnısını məharətlə ifa edir.

Təşkil olunan məclislərin birində Trend-in fotokamerası Azərbaycansayağı Uitnini yenidən səhnədə sözügedən mahnını ifa edərkən çəkməyə müvəffəq oldu. Təqdim etdiyimiz kadrlardan da görünür ki, xanım Allahverdi zaman keçdikdə xarici görünüşü ilə də 47 yaşlı amerikalı ulduza bənzəyir. Odur ki, yaxın illər ərzində Uitniyə olan rəğbəti Samiranı okeanının o tayına aparsa, heç də təəccüblənməyin.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti