...

Bakıda "Azad ölkənin şən uşaqları" adlı əyləncəli konsert proqramı keçirilib

Mədəniyyət Materials 14 Noyabr 2011 17:54 (UTC +04:00)
Noyabrın 14-də Heydər Əliyev adına sarayın təşkilatçılığı ilə "Azad ölkənin şən uşaqları" adlı əyləncəli proqram keçirildi.
Bakıda "Azad ölkənin şən uşaqları" adlı əyləncəli konsert proqramı keçirilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Noyabrın 14-də Heydər Əliyev adına sarayın təşkilatçılığı ilə "Azad ölkənin şən uşaqları" adlı əyləncəli proqram keçirildi.

Sarayın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsertdə "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Şənlik" və "Azəri inciləri" rəqs və musiqi kollektivləri iştirak ediblər.

Saray rəhbərliyinin təşəbbüsü ilə təmənnasız olaraq Bakının Maştağa, Zabrat, Ramanı, Günəşli, Mərdəkan qəsəbələrindəki, eləcə də paytaxtdakı 1 və 11 saylı uşaq uşaq evlərinin balaca sakinləri, "UAFA" təşkilatının himayəsində olan uşaqlar, psixi-nevroloji dispanserdə müalicə alan uşaqlar, "Dəcəllər" daum sindromlu uşaq evindən olan azyaşlılar üçün maraqlı proqram təşkil olunub.

Konsertdə, həmçinin Türkiyənin Van bölgəsində baş vermiş zəlzələdə şücaət göstərmiş Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin ailə üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti