Azərbaycan, Bakı, 20 fevral /Trend/
Albaniya təmsilçisinin "Eurovision 2012"-də ifa edəcəyi mahnı məlum oldu.
Trend-in bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Albaniyanı Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək Rona Nişliu (Rona Nishliu) "Suus" adlı mahnısını albanca ifa edəcək.
Kosovo əsilli müğənni ABŞ-da iki həftə ərzində mahnının studiya yazılışı ilə məşğul olub. Müsabiqənin qaydalarına əsasən, mahnı 3 dəqiqəyə qədər qısaldılıb. Mahnının üzərində isə 3 studiya işləyib.
Nişliu mayın 22-də "Eurovision" müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.