...

İspaniya təmsilçisinin "Eurovision 2012" mahnısı martın 3-də məlum olacaq

Mədəniyyət Materials 22 Fevral 2012 20:52 (UTC +04:00)
İspaniyanın "Eurovision 2012" mahnı müsabiqəsinin təmsilçisi Pastora Solerin Bakı səhnəsində ifa edəcəyi mahnı martın 3-də müəyyənləşəcək.
İspaniya təmsilçisinin "Eurovision 2012" mahnısı martın 3-də məlum olacaq

Azərbaycan, Bakı, 22 fevral /Trend/

İspaniyanın "Eurovision 2012" mahnı müsabiqəsinin təmsilçisi Pastora Solerin Bakı səhnəsində ifa edəcəyi mahnı martın 3-də müəyyənləşəcək.

Trend-in çərşənbə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, Solerin Bakıda ifa edəcəyi mahnı üç kompozisiya arasından seçiləcək. Artıq həmin mahnıların hər üçü məlumdur. Mahnılar "Ahora o nunca", "Quédate conmigo" və "Tu vida es tu vida" adlanır.

Mahnının seçimi tamaşaçıların SMS səsverməsi əsasında olacaq. Səsvermə bu gündən başlayıb.

Xəbər lenti

Xəbər lenti