...

Yunanıstan "Eurovision 2012" təmsilçisini martın 12-də seçəcək

Mədəniyyət Materials 28 Fevral 2012 18:33 (UTC +04:00)
Yunanıstan "Eurovision 2012" təmsilçisini martın 12-də seçəcək.
Yunanıstan "Eurovision 2012" təmsilçisini martın 12-də seçəcək

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Yunanıstan "Eurovision 2012" təmsilçisini martın 12-də seçəcək.

Trend-in çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, bu gündən etibarən Yunanıstan milli seçim turunun 4 iştirakçısının mahnılarını onlayn dinləmək mümkün olacaq.

Ölkənin milli finalı martın 12-də keçiriləcək. Tamaşaçılar martın 1-dən etibarən bu 4 mahnı arasından seçim edə biləcək.

Qeyd edək ki, Yunanıstan ötən il "Eurovision" mahnı müsabiqəsində Loucas Yiorkas və Stereo Miken dueti ilə təmsil olunub. Duet müsabiqədə 7-ci yerə çıxmışdı.

Xəbər lenti

Xəbər lenti