...

San Marino "Eurovision 2012" mahnısını və ya onun sözlərini dəyişəcək (VİDEO)

Mədəniyyət Materials 20 Mart 2012 13:14 (UTC +04:00)
San Marino "Eurovision 2012" mahnısını və ya onun sözlərini dəyişəcək.
San Marino "Eurovision 2012" mahnısını və ya onun sözlərini dəyişəcək (VİDEO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

San Marino "Eurovision 2012" mahnısını və ya onun sözlərini dəyişəcək.

"Biz Avropa Yayımları Birliyinin qərarına hörmət edirik və bununla razıyıq", - Trend-in məlumatına görə, San Marinonun "Eurovision" mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri Alessandro Capicchioni eurovision.az saytına müsahibəsində bildirib.

Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin Məşvərət Qrupu San Marinonun builki təmsilçisi Valentina Monettanın "Facebook Uh, Oh, Oh" mahnısını müzakirəyə çıxarıb. Məşvərət Qrupu bu mahnının müsabiqə qaydalarına zidd olduğunu bildirib.

Müsabiqənin qaydalarına əsasən, "Eurovision" mahnı müsabiqəsi zamanı siyasi və ya buna oxşar mövzuda heç bir söz, ifadə, jest işlətmək olmaz.

San Marino martın 23-ü saat 15:00-dək mahnısını və ya onun sözlərini dəyişməlidir.

Xəbər lenti

Xəbər lenti