Azərbaycan, Bakı, 19 aprel /Trend/
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, dirijor Əfrasiyab Bədəlbəylinin ad günüdür.
Trend-in məlumatına görə, Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə anadan olub. 1930-cu ildə ADU-nu, 1938-ci ildə isə Leninqrad konservatoriyası nəzdində musiqi məktəbini bitirib. Ömrünün sonunadək Azərbaycan dövlət Opera və Balet Teatrının dirijoru olub. Repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarının əsərləri əsas yer tutub. İlk Azərbaycan baleti olan "Qız qalası"nın müəllifidir. Bir çox dram tamaşasına musiqi bəstələyib.
"Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, medallarla təltif olunub. Bakıdakı 23 saylı musiqi məktəbi onun adınadır. Əfrasiyab Bədəlbəyli 6 yanvar 1976-cı ildə vəfat edib
Bir insan ömrü (FOTO)
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, dirijor Əfrasiyab Bədəlbəylinin ad günüdür
