...

DATO-nun Bakı konsertində tamaşaçıları hansı surprizlər gözləyir?

Mədəniyyət Materials 1 May 2012 12:13 (UTC +04:00)
İyunun 9-da Gürcüstanın populyar müğənni və bəstəkarı DATO Bakıda ilk dəfə Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək.
DATO-nun Bakı konsertində tamaşaçıları hansı surprizlər gözləyir?

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir V.İmanov/

İyunun 9-da Gürcüstanın populyar müğənni və bəstəkarı DATO Bakıda ilk dəfə Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, DATO Bakıdakı ilk böyük konsertinə çox ciddi hazırlıq görür. Tamaşaçılara daha əyləncəli, rəngarəng konsert proqramı təqdim etmək məqsədilə müğənni onu səhnədə müşayiət etmək üçün populyar "FUSİON" şou baleti gətirəcək.

Bundan əlavə, Sarayda keçiriləcək konsertində 20 mahnı səsləndirəcək DATO Bakı tamaşaçıları üçün böyük surpriz edərək 3 xüsusi hazırlanmış mahnını Azərbaycan və türk dillərində ifa edəcək.

Repertuarında 6-dan çox dildə mahnı olan DATO soul, reqqi və latın stillərində oxuyur. Dəfələrlə Gürcustanda "İlin müğənnisi" seçilən DATO nəfəsli alətlərdən başqa, bütün musiqi alətlərində ifa etməyi bacarır.

Konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 20-60 manat arasındadır.

Xəbər lenti

Xəbər lenti