...

Makedoniyanın "Eurovision 2012" təmsilçisini azərbaycanlılarla mütləq nərd oynayacaq

Mədəniyyət Materials 2 May 2012 20:34 (UTC +04:00)
Makedoniyanın "Eurovision 2012" təmsilçisini Azərbaycanın "Sarı gəlin" mahnısı çox təsirləndirib.
Makedoniyanın "Eurovision 2012" təmsilçisini azərbaycanlılarla mütləq nərd oynayacaq

Azərbaycan, Bakı, 2 may /Trend/

Makedoniyanın "Eurovision 2012" təmsilçisini Azərbaycanın "Sarı gəlin" mahnısı çox təsirləndirib.

"Səbirsizliklə Azərbaycanı görməyi gözləyirik. Mən çox xoşbəxtəm ki, məhz sizin ölkənizdə keçirilən "Eurovision" şousunun bir hissəsiyəm. Mən çox gözəl və xüsüsi bir şou gözləyirəm", - Trend-in məlumatına görə, bunu Makedoniyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Kaliopi eurovision.az saytına müsahibəsində deyib.

Kaliopi Azərbaycanın musiqisi ilə tanış olduğunu və "Sarı gəlin" mahnısının onu çox təsirləndirdiyini bildirib.

"Mən bu mahnının tarixi ilə maraqlandım. Onun çox maraqlı tarixi olduğunu öyrəndim. Bu, Romeo və Culyettanın hekayəti qədər dramatikdir", - o deyib.

Kaliopi Bakıda səhnəyə çıxmamışdan əvvəl azərbaycanlılarla mütləq nərd oynayacağını da deyib.

Xəbər lenti

Xəbər lenti