...

"Eurovision 2012" aparıcılarının "Bakı Kristal Zalı"nda ilk məşqi keçirilib

Mədəniyyət Materials 7 May 2012 17:32 (UTC +04:00)
Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib.
"Eurovision 2012" aparıcılarının "Bakı Kristal Zalı"nda ilk məşqi keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, məşqi "Eurovision" mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand, Eurovision Mahnı Müsabiqəsi 2012 İşçi Qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker və "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş izləyib.

Yorq Qraboş aparıcıların "Bakı Kristal Zalı"ndakı ilk məşqdən yaxşı göründüklərini bildirib. "Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda "Eurovision" şousunu Avropaya göstərmək üçün səbirsizlənirik", - Qraboş deyib.

"Bakı Kristal Zalı"nın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin super bir hiss olduğunu dilə gətiriblər. "Bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacağıq" deyə aparıcılar bildirib.

Qeyd edək ki, Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olub. Onlar Düsseldorfda keçirilən "Eurovision 2011" mahnı müsabiqəsinin aparıcılarından olan Anke Engelke ilə görüşüblər və təcrübə mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti