...

"Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubu Bakının mərkəzində flashmob keçirib

Mədəniyyət Materials 14 May 2012 11:27 (UTC +04:00)
Mayın 11-də "Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubunun üzvləri Nar Mobile-ın dəstəyi ilə Bakının mərkəzində super flashmob keçiriblər.
"Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubu Bakının mərkəzində flashmob keçirib

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 11-də "Eurovision"ın Azərbaycandakı Rəsmi Fan Klubunun üzvləri Nar Mobile-ın dəstəyi ilə Bakının mərkəzində super flashmob keçiriblər.

Fan Klubdan Trend-ə verilən məlumata görə, klub üzvləri tərəfindən bir neçə populyar hit mahnılardan miks hazırlanıb və həmin musiqiyə uyğun qeyri-adi rəqs qurulub. Flashmobun üzvləri anidən, rəqs etməyə başlayıblar və getdikcə rəqsə qoşulanların sayı artıb. Sonda ifa olunan son hərəkətdən sonra bütün flashmob iştirakçıları "Eurovision 2012" müsabiqəsinin "Light your fire" sloqanını birlikdə səsləndiriblər.

Flashmobun keçirilməsinin başlıca məqsədi "Eurovision 2012" mahnı müsabiqəsinə maraqlı və yadda qalan üsulla dəstək bildirmək olub.

Rəqsdə 60 nəfər gənc iştirak edib. Flashmob Fəvvarələr meydanında keçirilib.

Xəbər lenti

Xəbər lenti