Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Norveçi "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən Tooji Keshtkar jurnalistlərə rəqs dərsi keçib.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında müğənni müsabiqədəki rəqsini jurnalistlərlə birgə nümayiş etdirib.
Paytaxtımızın gözəlliyindən danışan Norveç təmsilçisi ölkəmizdə gedən sürətli inkişafı yüksək qiymətləndirib.
Əslinin İrandan olduğunu deyən Tooji Keshtkar "Eurovision Mahnı Müsabiqəsi-2012"də Norveçi təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.
Musiqinin aparıcı qüvvə olduğunu qeyd edən müğənni onun vasitəsi ilə hər şeyə nail olmağın mümkünlüyünü vurğulayıb.
Norveçin "Eurovision" təmsilçisi jurnalistlərə rəqs dərsi keçib (FOTO)
Norveçi “Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən Tooji Keshtkar jurnalistlərə rəqs dərsi keçib.
