Azərbaycan, Bakı, 23 may /Trend/
Bakıda çərşənbə günü keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin I yarımfinalının yekunu üzrə finala Rumıniya ("Mandinga" - "Zaleilah"), Moldova (Paşa Parfeni - "Lăutar"), İslandiya (Qreta Salome & Yonsi - "Mundu Eftir Mér"), Macarıstan ("Compact Disco" - "Sound Of Our Hearts"), Danimarka (Soluna Samay - "Should've Known Better"), Albaniya (Rona Nişliu - "Suus"), Kipr (İvi Adamou - "La La Love"), Yunanıstan (Eleftheria - "Aphrodisiac"), Rusiya ("Buranovskiye babuşki" - "Party for everybody") və İrlandiya ("Jedward" - "Waterline") təmsilçiləri vəsiqə qazanıblar.
Səsvermənin nəticəsinə əsasən, "Eurovision 2012" müsabiqəsini Monteneqro (Rambo Amadeus - "Euro Neuro"), Latviya (Anmari - "Beautiful Song"), İsveçrə ("Sinplus" - "Unbreakable"), Belçika (Laura van den Bruel - "Would You?"), Finlandiya (Pernilla Karlsson - "När Jag Blundar"), İsrail (İzabo - "Time"), San-Marino (Valentina Monetta - "The Social Network Song") və Avstriya ("Trackshittaz" - "Woki Mit Deim Popo") təmsilçiləri tərk ediblər.
Müsabiqənin II yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da keçiriləcək.
Foto - Avropa Yayım Ittifaqı