...

Azəri qızı Günelə Türkiyədə həbs cəzası verilib

Mədəniyyət Materials 23 May 2012 12:23 (UTC +04:00)
Türkiyə məhkəməsi Azəri qızı Günelə (Günel Zeynalova) 9 aylıq həbs cəzası kəsib.
Azəri qızı Günelə Türkiyədə həbs cəzası verilib

Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/

Türkiyə məhkəməsi Azəri qızı Günelə (Günel Zeynalova) 9 aylıq həbs cəzası kəsib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Günelə Türkiyədə yaşayan İran azərbaycanlısı, məşhur iş adamı, məşhur türk müğənnisi Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabla aralarında olan telefon danışıqlarını onun razılığı olmadan açıqladığına görə ilk olaraq 6 aylıq həbs cəzası verilsə də, daha sonra məhkəmə bu danışıqların mətbuat vasitəsilə açıqlandığını əsas gətirərək cəzanı 9 aya qaldırıb.

Məhkəmə qərarın icrasını təxirə salıb və qərarda qeyd olunub ki, Günel eyni əməli təkrarlayarsa, həbs cəzası icra oluna bilər.

Xəbər lenti

Xəbər lenti