...

İlhamə Qasımova "EMMAwards" mükafatını Azərbaycana gətirdi

Mədəniyyət Materials 7 İyun 2012 18:20 (UTC +04:00)
Azərbaycanın populyar estrada müğənnisi İlhamə Qasımovanın "Bei Mir Bist Du Scheen" mahnısı və bu mahnıya çəkilmiş klipi məşhur "EMMAwards" mükafatına layiq görülüb.
İlhamə Qasımova "EMMAwards" mükafatını Azərbaycana gətirdi

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycanın populyar estrada müğənnisi İlhamə Qasımovanın "Bei Mir Bist Du Scheen" mahnısı və bu mahnıya çəkilmiş klipi məşhur "EMMAwards" mükafatına layiq görülüb.

Trend məlumat verir ki, alman mətbuatının yaydığı xəbərə görə, bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi "Bei Mir Bist Du Scheen" mahnısı və klipi 190 namizədin arasından "Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib seçilib. Beləcə, istedadlı müğənnimiz SMS səsverməsinə görə ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub.

Mükafatlandırma mərasimi dünən Azərbaycan vaxtı ilə gecə saat 02:00-da keçirilib. Almaniyanın paytaxtı Berlində keçirilən mərasimdə İlhamə Qasımova mükafatı almaq üçün "qızmızı xalça"nın üzərinə prodüseri Mark Dolar ilə birgə çıxıb. Müğənnimizin bu uğuru avropalı fanatların coşqusu ilə qarşılanıb. Qeyd edək ki, müğənnimiz MDB-də bu mükafatatı alan yeganə sənətçidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq görərik ki, onların əksəriyyəti dünya şöhrətli sənətçilərdir.

Xəbər lenti

Xəbər lenti