...

Azərbaycanın görkəmli şairinin “Divan”ının yeni nüsxəsi tapılıb

Mədəniyyət Materials 2 İyul 2012 13:22 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycanın XV-XVI əsrdə yaşamış görkəmli şairi Kişvərinin Azərbaycan dilində "Divan"ının Bursa kitabxanasında saxlanılan nüsxəsini əldə edib.
Azərbaycanın görkəmli şairinin “Divan”ının yeni nüsxəsi tapılıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycanın XV-XVI əsrdə yaşamış görkəmli şairi Kişvərinin Azərbaycan dilində "Divan"ının Bursa kitabxanasında saxlanılan nüsxəsini əldə edib.

İnstitutun direktor əvəzi Paşa Kərimov bazar ertəsi Trend-ə deyib ki, indiyədək bu əsərin Səmərqənd, Daşkənd, Bakı və Tehran nüsxələri mövcud idi. Lakin bu yeni nüsxədə digər nüsxələrdə olmayan yeni şeirlər var.

Kərimov deyib ki, yeni nüsxədən istifadə etməklə şairin "Divan"ını yenidən çap edilməsinə çalışaçaqlar.

Onun sözlərinə görə, Kişvəri həm Ağqoyunlu dövlətinin sarayında, həm də Şah İsmayıl Xətainin sarayında yaşamış, Azərbaycan-özbək ədəbi əlaqələrinin yaranmasında rolu olan, Nəvai ədəbi yaradıcılığı ilə qidalanmış böyük şairdir.

Xəbər lenti

Xəbər lenti