...

Əbülfəs Qarayev: Bu gün Azərbaycan mədəniyyəti dünyada qəbul olunur

Mədəniyyət Materials 10 İyul 2012 12:47 (UTC +04:00)
Qarayev bildirib ki, "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına kömək edib.
Əbülfəs Qarayev: Bu gün Azərbaycan mədəniyyəti dünyada qəbul olunur

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Azərbaycan mədəniyyəti dünyada tanınır və qəbul olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət işçilərinə orden və medalların təqdim edilməsi mərasimində çıxış edərkən deyib.

Qarayev bildirib ki, "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına kömək edib.

Nazirin sözlərinə görə, yalnız son bir ayda 3 ölkədə Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlərin xarici ölkələrdə çox uğurla təşkil edildiyini vurğulayan Qarayev qeyd edib ki, artıq Azərbaycanda sərgi mədəniyyəti inkişaf edir.

Onun sözlərinə görə, son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyəti ilə bağlı layihələr həyata keçirilib və bunun sayəsində Azərbaycan mədəniyyəti çox geniş şəkildə təbliğ edilib.

Daha sonra Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimlərinə orden və medalları təqdim edib.

Xəbər lenti

Xəbər lenti