...

"Eurovision 2011"-in qalibi Eldar Qasımov: Solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var

Mədəniyyət Materials 10 Sentyabr 2012 13:05 (UTC +04:00)
"Eurovision" mahnı yarışmasının qalibi, eyni zamanda bumüsabiqənin aparıcısı olmuş Eldar Qasımov "I'm Free" mahnısına Ukraynada çəkilən klipinin təqdimatını keçirəcək.
"Eurovision 2011"-in qalibi Eldar Qasımov: Solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

"Eurovision" mahnı yarışmasının qalibi, eyni zamanda bumüsabiqənin aparıcısı olmuş Eldar Qasımov "I'm Free" mahnısına Ukraynada çəkilən klipinin təqdimatını keçirəcək.

Eldar Qasımovun özünəməxsus tərzdə ifa etdiyi və artıq çoxsaylı dinləyicilərin sevimli kompozisiyasına çevrilən "I'm Free"- özünü qəflətən keçmiş məcburiyyətlərindən və bağlılıqlarından azad hiss edən bir insanın emosional portretini, məhəbbət haqqında formalaşmış stereotiplər, yaradıcılıq və həyat tərzi haqqında bir mahnıdır. Keçmiş haqqında xatirələr hələ də güclüdür, insan qəlbini narahat edir, amma qarşıda olan yol geniş, gözlənilməz yeniliklərlə, sevincli gözləntilərlə və ümidlərlə dolu bir yoldur.

"Mən yalnız bir mahnı ifaçısından kənara çıxmaq istəyirəm, çünki adətən beynəlxalq müsabiqə iştirakçıları və qalibləri bununla qarşılaşır. Həm də "Running Scared" mahnısı yalnız bir hissəsi mənə aiddir, axı bu hiti biz duet şəklində ifa etmişik. Solo ifaçısı kimi də tamaşaçıya deməyə sözüm var", - Trend-in məlumatına görə, Eldar Qasımov yeni solo işini şərh edərkən bunları deyib.

Sənətçinin "Eurovision" qalibiyyətindən sonra ilk solo klipi 2012-ci il iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə çəkilib. Bu layihə bütünlüklə Ukraynanın məşhur Euomedia Group şirkətinin komandası tərəfindən həyata keçirilib. Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün nə az, nə çox düz 200 nəfər çalışıb.

Xəbər lenti

Xəbər lenti