...

Azərbaycan muğamı ilk dəfə İspaniyada (FOTO)

Mədəniyyət Materials 20 Sentyabr 2012 13:15 (UTC +04:00)
Azərbaycanlı xanəndə Qoçaq Əsgərov sentyabrın 23-də İspaniyanın "İnstitut de Cultura de Barcelona" mərkəzində çıxış edəcək.
Azərbaycan muğamı ilk dəfə İspaniyada (FOTO)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycanlı xanəndə Qoçaq Əsgərov sentyabrın 23-də İspaniyanın "İnstitut de Cultura de Barcelona" mərkəzində çıxış edəcək.

Əsgərovun mətbuat xidmıtindən Trend-ə verilən məlumata görə, o bu məkanda musiqiçilərimizin müşayiəti ilə canlı oxuyacaq.

Konsert Barselonada keçirilən "Merce-2012-Merce Musica" beynəlxalq musiqi festivalı çərçivəsində təşkil edilir.

Çıxış Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda, YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur.
Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab edilir.

Xanəndəni tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edəcəklər. Əsgərov muğam, təsnif və xalq mahnıları səsləndirəcək.

Xəbər lenti

Xəbər lenti