...

Azərbaycan və Latviya mədəniyyət sahəsi üzrə əməkdaşlıq proqramı imzalayıblar

Mədəniyyət Materials 17 Oktyabr 2012 16:39 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Latviya Mədəniyyət Nazirliyi arasında 2012-2014-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Azərbaycan və Latviya mədəniyyət sahəsi üzrə əməkdaşlıq proqramı imzalayıblar

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Latviya Mədəniyyət Nazirliyi arasında 2012-2014-cü illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Trend-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sənəd Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Latviyaya bu gündən başlayan rəsmi səfəri çərçivəsində imzalanıb.

İki gün davam edəcək səfər çərçivəsində Qarayev Latviyanın mədəniyyət naziri xanım Žaneta Jaunzeme-Grende arasında görüş keçirilib.

Görüşdə Latviya Mədəniyyət Nazirliyi dövlət katibinin müavini Uldis Lielpēters, Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov və digər rəsmilər iştirak ediblər. Görüş zamanı Azərbaycan ilə Latviya arasında əməkdaşlıq müzakirə olunub, münasibətlərin hazırkı vəziyyəti yüksək qiymətləndirilib, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Daha sonra imzalanma mərasimi olub.

Səfər proqramında, həmçinin, Latviyanın iqtisadiyyat naziri Daniels Pavļuts ilə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında işgüzar görüş, Riqa Burs İncəsənət muzeyi ilə tanışlıq nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti