Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/
2014-cü ildə Azərbaycanda Bolqarıstan Mədəniyyət Günlərinin, 2015-ci ildə isə Bolqarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulur.
Trend-in cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu məsələlər Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova ilə görüşündə müzakirə edilib.
Hristova Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması məsələsinə toxunub. O, bunun turistlərin vaxt itirmədən səfər etmələri üçün şərait yaradacağını qeyd edib.
Qarayev, öz növbəsində, səfirə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunmasını tövsiyə edib.