...

Beyonce Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək (foto)

Mədəniyyət Materials 2 Mart 2013 16:03 (UTC +04:00)
Dünya şöhrətli müğənni Beyonce Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək.Bu barədə Trend-ə konsertin təşkilatçıları məlumat verib.
Beyonce Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək (foto)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir V.İmanov/

Dünya şöhrətli müğənni Beyonce Bakıda eksklüziv konsert proqramı ilə çıxış edəcək. Bu barədə Trend-ə konsertin təşkilatçıları məlumat verib.

Bu məqsədlə gələn həftə dünyaca məşhur menecer prodüser Marsel Avram ilk dəfə Bakının qonağı olacaq. Marsel Avramın Bakıya səfərinin məqsədi dünya ulduzlarının Azərbaycanda konsertlərinin və beynəlxalq tipli layihələrin həyata keçirilməsidir. Marsel Avramın Bakıya səfəri "Səs Organization"un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə həyata keçirilir.

Marsel Avram səfər zamanı bir sıra görüşlər və mətbuat konfransı (martın 5-də saat 15:00-da "Four Seasons Hotel Baku"da) keçirəcək. Mətbuat konfransı Azərbaycanda layihələrin reallaşdırılmasına və Beyoncenin Bakıdakı konsertinə həsr olunacaq.

40 illik fəaliyyəti ərzində Marsel Avramın birgə çalışdığı dünya məhşurları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi müğənnilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi lirik ifaçılar olub. Onlar öz konsertləri və turlarını ona etibar ediblər və dünya miqyaslı uğura imza atıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti