...

Azərbaycanı "Eurovision-2013"də təmsil edəcək ifaçı müəyyənləşdi

Mədəniyyət Materials 14 Mart 2013 23:21 (UTC +04:00)
Bu gün Azərbaycanda "Eurovision-2013"də ölkəmizi təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə milli seçimin final mərhələsi baş tutub. Trend-in məlumatına görə, münfislər heyəti İsveçin Malme şəhərində keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək ifaçı qismində Fərid Məmmədovu seçib.
Azərbaycanı "Eurovision-2013"də təmsil edəcək ifaçı müəyyənləşdi

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir V.İmanov/

Bu gün Azərbaycanda "Eurovision-2013"də ölkəmizi təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə milli seçimin final mərhələsi baş tutub. Trend-in məlumatına görə, münfislər heyəti İsveçin Malme şəhərində keçiriləcək yarışmada Azərbaycanı təmsil edəcək ifaçı qismində Fərid Məmmədovu seçib.

Məlumata görə, finalda 10 yarışmacı - Vüqar Məmmədov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova, Vlada Axundova, Valeriya Hüseynzadə və Aysel Babayeva iştirak edib.

Milli seçim 8 həftə ərzində keçirilib və 8 qrupda 80 iştirakçı yarışıb. Qaliblər isə tamaşaçıların və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyənləşib.

Qeyd edək ki, Fərid Məmmədov "Bülbüllər" qrupunun solistidir və xalq artisti Aybəniz Haşımovanın tələbəsidir.

Xatırladaq ki, Fərid Məmmədovun qabiliyyəti dünya şöhrətli Robertino Loretti tərəfindən yüksək qiymətləndirilib.

"Mən dünyanın bir ölkələrində keçirilən çoxsaylı festivallarda iştirak etmişəm, amma Fərid Məmmədov kimi səsə malik gənclər görməmişəm" - deyə Robertino Loretti bildirib.

Aybəniz Haşımova isə 6 ildir tələbəsi olan Fərid Məmmədovun qələbəsindən xoşbəxt olduğunu söyləyib.

"Bu təkcə mənim deyil, Azərbaycanın bütün vokal məktəblərinin uğurudur" - deyə o, əlavə edib.

"Eurovision-2013"ün finalı bu ilin may ayında İsveçin Malme şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti