...

Azərbaycanda 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə hazırlıqlara başlanılıb

Mədəniyyət Materials 12 Oktyabr 2013 14:20 (UTC +04:00)
Azərbaycan 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirməyə hazırlıqlara başlayır.
Azərbaycanda 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə hazırlıqlara başlanılıb

Azərbaycan, Bakı, 12 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycan 2015-ci ildə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu keçirməyə hazırlıqlara başlayır.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyində keçirilən kollegiya iclasında bununla bağlı qərarlar qəbul olunub.

İclasda Bakıda forumun beynəlxalq mərkəzinin yaradılması ilə bağlı lazımi tədbirlərin görülməsi, 2015-ci ilin payızına nəzərdə tutulan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tədbirlər planının hazırlanması, tədbir çərçivəsində dünya ölkələrinin mədəniyyət və turizm nazirlərinin ikinci görüşünün təşkili, foruma dair kitab-kataloqun nəşr edilməsi və digər məsələlər müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Bununla bağlı nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti