...

I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək

Mədəniyyət Materials 23 Oktyabr 2013 15:43 (UTC +04:00)
31 oktyabr - 5 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "I Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi keçiriləcək.
I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

31 oktyabr - 5 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "I Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsi keçiriləcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqənin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
1. İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
2. Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
3. Həyata keçirilmiş ən yaxşı interyer;
4. Həyata keçirilməmiş ən yaxşı layihə;
5. Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
6. Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə;
7. Memarlıq sahəsində ən yaxşı nəşr.
Müsabiqənin nəticələri 3 noyabr 2013-cü il tarixində Bakı şəhərində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.
Bütün nominasiyalar üzrə qaliblər aşağıdakı mükafatlara layiq görüləcəklər:
I yer üçün: müsabiqənin heykəlciyi, müvafiq nominasiyaya uyğun diplom və 4000 manat (5000 ABŞ dolları) dəyərində pul mükafatı;
II yer üçün: müvafiq nominasiyaya uyğun diplom və 2500 manat (3200 ABŞ dolları) dəyərində pul mükafatı;
III yer üçün: müvafiq nominasiyaya uyğun diplom və 1000 manat (1400 ABŞ dolları) dəyərində pul mükafatı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti