...

Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunacaq

Mədəniyyət Materials 19 Noyabr 2013 18:29 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi Parisdən sonra Avropanın parlament paytaxtı sayılan Strasburqda qeyd olunacaq.
Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi Parisdən sonra Avropanın parlament paytaxtı sayılan Strasburqda qeyd olunacaq.

Fonddan Trend-ə verilən məlumata görə, bütün şəhər mərkəzi YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil olan Strasburqun sakinləri noyabrın 19-da maraqlı sərgi ilə tanış olmaq imkanı əldə edəcəklər. Rin sarayında düzənlənən sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poamaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş olunacaq.

Burada, eyni zamanda, XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucaldılmış abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək.

Həmin gün Strasburqun Musiqi və Konqres Sarayında Azərbaycan Xalq Çalgı Alətləri Orkestrinin konsert proqramı da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti