...

Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək

Mədəniyyət Materials 3 Dekabr 2013 15:03 (UTC +04:00)
5-10 dekabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək.
Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

5-10 dekabr 2013-cü il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Bakıya səfər edəcək Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və "Fest-film" studiyasının baş direktoru İrina Korçagina daxildir.

Dekabrın 5-də saat 17:30-da Nizami Kino Mərkəzinin mətbuat klubunda nümayəndə heyətinin iştirakı ilə mətbuat konfransı olacaq.

Film həftəsinin açılışı dekabrın 5-də saat 19:00-da rejissor Andrey Malyukovun "Matç" ("Матч") filminin nümayişi ilə baş tutacaq.

Növbəti günlərdə isə, proqrama uyğun olaraq, 6 dekabr saat 19:00-da "Mən yanında olacam" ("Я буду рядом"), 7 dekabr saat 19:00-da "Şpion" ("Шпион"), 8 dekabr saat 19:00-da "İki gün" ("2 Дня"), 9 dekabr saat 13:00-da "Kino ərazisində müharibə" ("Война на территории кино"), saat 19:00-da "Metro" ("Метро"), 10 dekabr saat 13:00-da "Ku! Kin-dza-dza" ("Ку! Кин-дза-дза") filmləri nümayiş olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti