...

Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlandı (FOTO) (VİDEO)

Mədəniyyət Materials 17 Yanvar 2014 18:26 (UTC +04:00)
Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlanıb.
Bilkənt Simfonik Orkestrinin Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlandı (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin anonsu yayımlanıb.

Qeyd edək ki, "YUNİSEF Türkiyə"nin xoşməramlı səfiri olan orkestrin Bakı konsertində tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq. Orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə keçəcək konsert proqramında skripkada Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev çıxış edəcək.

Konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 10 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək mümkündür.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti